Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Oxunma vaxtı:52 Saniyə

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, məktubda deyilir:

“Cənab Prezident, Əziz Qardaşım.

Can Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə millətim adından və şəxsən öz adımdan Zati-alinizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını ən səmimi duyğularımla təbrik edirəm.

Müstəqilliyinin bərpasından bəri gündən-günə daha da inkişaf edən Azərbaycanın qətiyyətli liderliyinizlə əldə etdiyi mühüm nailiyyətlərə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuramızın sonuncu iclasında fəxrlə bir daha şahid oldum. İnamla və qüdrətli bir şəkildə Cümhuriyyət tarixinin 102-ci yaşına qədəm qoyan Odlar Yurdunun bütün sahələrdə böyük addımlar atmağa davam edəcəyinə ürəkdən inanıram.

Mükəmməl səviyyədə olan strateji əlaqələrimizi “Bir millət, iki dövlət” ruhu ilə daha da genişləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnunluq duyuram. Qəlbləri birlikdə döyünən ölkələrimizin indiyə qədər olduğu kimi, bundan sonra da milli məsələlərimizdə qardaşlıq həmrəyliyini davam etdirəcəklərinə, bölgəmizdə sülh, rifah və sabitliyə sanballı töhfələr verməyə davam edəcəklərinə inamım qətidir.

Fürsətdən istifadə edərək, bir daha Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzularımızı çatdırıram”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. Doğrusöztv.Az Trend- ə istinadən xəbər verir ki, dövlətimizin başçısı videoqəbulda çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Mən sizi bu gün Ağstafa […]