Parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyətə başlayıb

Oxunma vaxtı:24 Saniyə

“Parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyətə başlayıb”.

Doğrusöztv.Az APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında komitə sədri Səməd Seyidov deyib.

O bildirib ki, Milli Məclisdə Spiker Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində böyük islahatlar aparılır.

Qeyd edək ki, Milli Məclisin 24 aprel tarixində keçirilən iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçilmişdi. Milli Məclisin iclasında ümumilikdə 82 parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər seçkisi olumuşdu.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İlham Əliyev DTX ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.