Oxunma vaxtı:26 Saniyə
Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı əməliyyat-taktiki təlimlərində qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Nazir təlimdə iştirak edən qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.
Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə cəlb edilən qüvvə və vasitələrin ərazilərdə yerləşməsi başa çatıb. İdarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarında açılması, eləcə də raket və zenit artilleriya komplekslərinin ehtiyat atəş və start mövqelərini tutması başa çatdırılıb.
1 / 8