KAMRAN ƏLIYEV IKI RAYONA YENI PROKUROR TƏYIN ETDI

Oxunma vaxtı:25 Saniyə

Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə fərqlənən işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Doğrusöztv.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov sosial şəbəkədə məlumat yayıb.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlərlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Babayev Əli İbrahim oğlu tutduğu vəzifədən azad olunaraq Gədəbəy rayon prokuroru, Samux rayon prokuroru vəzifəsini icra edən Hacıyev Mayıl Mehman oğlu isə həmin rayonun prokuroru vəzifələrinə təyin ediliblər.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

NAZIR YENI RƏISI KOLLEKTIVƏ TƏQDIM ETDI

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mühafizə İdarəsinin yeni rəisi polis polkovniki Nurullah Məmmədxanlını kollektivə təqdim edib. Doğrusöztv.az -ın məlumatına görə, nazir N.Məmmədxanlını şəxsi heyətə təqdim edib, Baş Mühafizə İdarəsinin əməkdaşlarına müasir dövrün tələb və çağırışları kontekstində xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi üçün konkret tapşırıq və tövsiyələrini verib, qarşıda […]