Azərbaycanda yaşayan vizasız miqrantların icazə müddəti avtomatik artırılıb

Oxunma vaxtı:36 Saniyə

Azərbaycanda yaşayan vizasız miqrantların icazə müddəti avtomatik artırılıb.

Doğrusöztv.Az Trend- ə istinadən bildirir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirilən onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər vizasız yaşayan miqrant var. Onların işini rahatlaşdırmaq üçün may ayının 31-nə qədər yaşama müddəti bitənlərin icazəsi uzadılıb:

“Miqrant ölkədə yaşama müddətini uzatmaq üçün müraciət etməli idi. Biz bu problemi həll etdik və həmin şəxslərin müddətini müraciətsiz 60 gün uzatdıq. Mart ayından sonra həmin miqrantların yaşama müddəti 30-60 gün uzadılıb. May ayında isə bu müddət bitir. Biz yeni qərar qəbul etdik ki, həmin şəxslər müraciət etmədən onların yaşama müddəti sərhədlərdə gediş-gəliş bərpa olunan müddətə qədər uzadılsın. Bundan sonra həmin şəxslərin müraciətlərinə baxılacaq və qərar veriləcək”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Vilayət Eyvazov polis rəisini işdən çıxardı

Paytaxtın Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis İdarəsinin rəisi, polkovnik Samir Hüseynov vəzifəsindən uzaqlaşdırılıb. Doğrusöztv.Az Unikal.org -a istinadən xəbər verir ki, mayın 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Hüseynov vəzifəsindən azad edilib. Hələlik bu vəzifəyə heç kim təyin olunmayıb. S.Hüseynov son beş ildə metroda asayişin qorunması işlərinə rəhbərlik […]