Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin olunub.
DOĞRUSÖZTV.AZ xəbər verir ki, Oxu24.com -un əldə etdiyi məlumata görə,Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Ramil Məcidov təyin edilib.
Bəs, Ramil Məcidov kimdir?
Oxu24.com xəbər verir ki, Ramil Məcidov kifyət qədər təcrübəli və peşəkar kadrdır.O, bu sahədə uzun müddət təcrübəyə malikir.
R.Məcidov həmçinin Sumqayıtın icra başçısı Zakir Fərəcovun kürəkənidir.
R.Məcidov DTX-nın generalı Rauf Xələfovla da qohumdur.
DOĞRUSÖZTV.AZ kollektivi adından cənab generala yeni işində uğurlar arzu edirik.