ŞƏKİ BƏLƏDİYYƏSİ DOĞMA ŞƏHƏRİN ÇİÇƏKLƏNMƏSİNƏ ƏHƏMİYYƏTLİ TÖHFƏLƏR VERİR

Oxunma vaxtı:2 Dəqiqə, 49 Saniyə

Bu gün öz qədimliyi, koloritliini qorumaqla bərabər, Azərbaycanın modern əyalətlərindən birinə çevrilən Şəkinin bugünkü inkişaf səviyyəsinə çatmasında dövlətimizin həyata keçirdiyi, regionun tərəqqisinə yönəlik sosial-iqtisadi proqramları və əlbəttə ki, zəhmətkeş şəkililərin əməi böyük önəm kəsb edir. Şəkinin potensial imkanlarının üzə çıxarılmasında, tərəqqipərvər qüvvələrinin səfərbər edilməsində Şəki Raon İcra Hakimiyyətinə etibarlı tərəf müqabili kimi çıxış edən Şəki Şəhər Bələdiyyəsinin də xidmətləri təqdirəlayiqdir.

Şəki Şəhər Bələdiyyəsinə bu gün Elşad İbadov rəhbərlik edir.  Elşad Sirac oğlu İbadov 1968-ci il yanvarın 30-da Şəki şəhərində anadan olub. Şəki şəhər 11 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil alıb. 1993-cü ildə Bakı şəhərində “Elevator dəyirmanmaş” zavodunda sex rəisi kimi əmək fəaliyyətinə başlayıb. 1997-2001-ci illərdə Bakı “Kvars” MMC-nin rəisi vəzifəsində işlədikdən sonra doğma Şəkiyə qayıdıb və 2015-ci ilədək Şəki “Diabuz” MMC-də direktor müavini, Şəki 15 saylı Yol İstismar İdarəsində yol ustası, M.F.Axundov adına mədəniyyət və istirahət parkının direktoru vəzifələrində çalışıb.

E.İbadov Azərbaycan Respublikasında 2014-cü il dekabrın 17-də və 2019-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Şəki Bələdiyyəsinə üzv seçilib və hər iki dəfə bələdiyyə üzvlərinin ümumi yığıncağında Şəki Bələdiyyəsinin sədri vəzifəsinə seçilib.

Bələdiyyənin fəaliyyəti barədə dövri olaraq hesabat yığıncaqları keçirilir, dövr ərzində bələdiyyə büdcəsinin yerinə yetirilməsinin icrası təhlil edilir, qarşıda görüləcək işlər müəyyənləşdirilir. Fiziki şəxslərin torpaq və əmlak vergisi, tikinti altında olan torpaqların icarə haqları, avtomobil dayanacağı xidmətindən, reklam və mehmanxana xidmətindən, vətəndaşların mülkiyyətinə satılmış torpaq sahələrinə görə və sair sahələrdən daxil olan vəsaitlərin uçotunun qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibatlıqla yanaşı vergi yığım şöbəsi tərəfindən də aparılması təmin edilir. Tədiyyə bildirişləri vergi ödəyicilərinə çatdırılmaq üçün vergi müfəttişlərinə verilir və vergi ödəyicilərinin ünvanına çatdırılması təmin olunur. Vergi uçotu kitablarında vergi ödəyicilərinin 1 yanvar 2020-ci il tarixə olan borcları öz əksini tapmışdır. Vergi ödəyicilərinin qeydiyyatı üzrə dürüstləşdirmə və vergilərin yeni qaydalara uyğun hesablanması istiqamətində işlər davamlı olaraq aparılır.

Həmçinin, bələdiyyə vergilərinin hesablanması və yığılması, fiziki şəxslərin əmlak vergisinə cəlb olunması və verginin toplanması, torpaq icarəsindən və satışından vəsaitlərin daxil olması işi də gündəlik nəzarətdə saxlanılır.

Seçicilərlə keçirilən müntəzəm görüşlərdə onların qaldırdıqları məsələlərin operativ araşdırılması və həll edilməsi də Şəki Bələdiyyəsinin fəaliyyətinin ana xəttini təşkil edir.

Elşad müəllimin rəhbərlik etdiyi kollektiv dünyanın qabaqcıl yerli özünüidarəetmə qurumları ilə, xaricdəki həmkarları ilə təcrübə mübadilələri aparır. Üç əvvəl Azərbaycanın Şəki şəhəri ilə Türkiyənin Bolu vilayətinin Göynük şəhəri qardaşlaşıb. Bununla bağlı protokolu Göynük Bələdiyyəsinin sədri və İpək Yolu Bələdiyyələr Birliyinin rəhbəri Kamal Kazan və Şəki Şəhər Bələdiyyəsinin sədri Elşad İbadov imzalayıblar. Göynükdə imzalanan bu razılaşma Türkiyə ilə Azərbaycan arasında tarixi və mədəni əlaqələri daha da gücləndirməkdə və iki şəhər arasında, xüsusilə turizm sahəsində əməkdaşlıq əlaqələrini genişləndirməkdədir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərində maarifləndirmə tədbirləri davam etdirilir. Şəki Şəhər Bələdiyəsinin üzvləri Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaları, məhəllə nümayəndələri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları ilə birlikdə qrup halında Şəki şəhərinin küçə və prospektlərində, məhəllələrdə, sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparmış, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən verilən göstəriş və tövsiyələr barədə onları məlumatlandırmış və müvafiq izahatlar veriblər. Şəki Şəhər Bələdiyyəsi Elşad İbadovun təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Əmin olmağa dəyər ki, Elşad İbadov və onun sədrlik etdiyi yerli özünüidarəetmə orqanının kollektivi seçici etimadının daha dolğun yerinə yetirilməsi, qədim tarixə malik Şəkinin daha da gözəlləşməsi üçün şəhər icra hakimiyyətilə birlikdə bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər.

Malik Mustafayev 

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Tərtər polisi rayonda ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir

Ölkə Prezidenti İlham Əliyev cənabları Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə, ölkəmizin bütün vətəndaşlarına olduğu kimi, Daxili İşlər Nazirliyi sistemində çalışanlara da daim diqqət və qayğı göstərir. Məhz həmin qayğı və diqqətin nəticəsidir ki, bu gün Azərbaycan polisi regionun ən peşəkar, intellektual səviyyəli hüquq-mühafizə orqanlarındandır. Maddi-texnki bazanın möhkəmləndirilməsi və müasirləşdirilməsi baxımından isə […]