Azərbaycanda OLAY: Saxlanılan şəxs polis bölməsindən qaçdı

Oxunma vaxtı:20 Saniyə

Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

Doğrusöztv.Az bildirir ki, Unikal.org-un xəbərinə görə, rayon ərazisində çoxsaylı mənzildən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rafiq Allahyarov polislər əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə aparılıb.

Polis Bölməsinin inzibati binasında R.Allahyarov nəzarətsiz qaldığı üçün pəncərədən həyətə düşərək qaçıb.

Hazırda bölmədən qaçan şəxsin axtarışları davam etdirilir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ağcabədidə ferma yandı

Ağcabədi rayonunda, ferma ərazisində ümumi sahəsi 30 m² olan taxtadan ibarət tikilinin yanar konstruksiyaları 8 m² sahədə yanıb. Doğrusöztv.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.