İlham Əliyevdən FƏRMAN

Oxunma vaxtı:36 Saniyə

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Doğrusöztv.Az Unikal.org-a istinadən bildirir ki, fərmanla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050, № 12, maddə 1939) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilib:

“2.7-1. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri Agentliyin müvəkkil bankla razılaşdırılmış sifarişi əsasında hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanda bu rayonun hərbi prokuroru işdən çıxarıldı

Zaqatala hərbi prokuroru işdən çıxarılıb. Doğrusöztv.Az APA-ya istinadən xəbər verir ki,  bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Zaqatala hərbi prokuroru Mustafa Əsgərov tutduğu vəzifədən azad edilib. Zaqatala hərbi prokuroru vəzifəsinin icrası Surxay Hüseynova həvalə olunub.