Şahin İsmayılov: Prezident İlham Əliyevin beynəlxalq səviyyədə COVİD-19-la mübarizəyə mühüm töhfələri onun praqmatik lider olmasının göstəricisidir

Oxunma vaxtı:2 Dəqiqə, 21 Saniyə

Prezident İlham Əliyevin beynəlxalq səviyyədə COVİD-19-la mübarizəyə mühüm töhfələri onun praqmatik lider olmasının göstəricisidir.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Şahin İsmayılov bildirib.

Deputat əlavə edib ki, dünyada transmilli şirkətlər böyük iqtisadi güc olmaqla yanaşı, həm də böyük siyasi çəkiyə malikdirlər. Bəzən belə şirkətləri sərhədləri olmayan dövlətlər də adlandırırlar:

“Belə şirkətlərin büdcələri dünyadakı əksər dövlətlərin büdcələrindən çox olur. Ona görə də dövlətlər onlarla əməkdaşlığa böyük önəm verirlər. Onu da etiraf etmək lazımdır ki, hər dövlət də bu cür şirkətlər üçün maraqlı olmur. Bu baxımdan “CİSCO” şirkətinin icraçı vitse-prezidentinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər bir tərəfdən ölkəmizin dünyadan artan gücünün göstəricisi, digər tərəfdən də cənab Prezident İlham Əliyevin birbaşa olaraq şəxsi nüfuzu ilə bağlı olan məqamdır. Dünyanın COVİD-19 pandemiyası ilə üz-üzə qalması təbii olaraq qlobal iqtisadi, siyasi və digər proseslərdə çətinliklər yaratdı. Bu çətinliklər ölkəmizdə də hiss olunmağa başladı. Koronavirus pandemiyası ilə mübarizədə dövlət başçımızın atdığı təxirəsalınmaz addımlar və çevik siyasəti nəticəsində ölkəmiz bu qlobal bəlanın ağır fəsadlarından ən az əziyyət çəkən dövlətlər sırasındadır. Azərbaycan öz daxili imkanları hesabına pandemiya ilə mübarizə üçün kifayət qədər böyük vəsait ayırdı, qısa müddətdə tibbi maska və qoruyucu vasitələrin istehsalat prosesini təşkil etdi, səhiyyə sistemini bu virusa qarşı mübarizə üçün çevik şəkildə hazır edə bildi. Ölkə prezidentinin mesajı kifayət qədər açıq və dəqiq idi – Azərbaycan xalqının sağlamlığı bütün məsələlərdən vacibdir, dövlət bunun üçün hər şeyi etmək gücündə və iradəsindədir.

Eyni zamanda Azərbaycan pandemiyaya qarşı beynəlxalq mübarizəyə də töhfə verib. Bu istiqamətdə ölkəmizin nailiyyətləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər dövlətlər tərəfindən təqdir edilir. Dünya üçün belə çətin vaxtda Azərbaycan xarici ölkə və təşkilatlara yardım əlini də əsirgəmədi. Prezident İlham Əliyevin beynəlxalq səviyyədə COVİD-19-la mübarizəyə mühüm töhfələri, ölkəmizin təcrübəsi, irəli sürdüyü təşəbbüslərin beynəlxalq aləmdə dəstəklənməsi bir tərəfdən ölkəmizin iqtisadi və siyasi gücüdürsə, digər tərəfdən ölkə rəhbərinin praqmatik lider olmasının göstəricisidir. Biz bundan əvvəl də Azərbaycan Prezidentinin operativ və düzgün qərarlar verdiyinin şahidi olmuşuq”.

Şahin İsmayılov bildirib ki, koronavirus pandemiyasının yaratdığı çətinliklər dünyada yeni çağırışların önə çıxmasına səbəb olur. Bu çağırışlardan biri və ən mühümü texnoloji imkanların daha geniş tətbiq olunmasıdır:

“Dünyada qlobal enerji bazarının mühüm oyunçularından biri kimi çıxış edən Azərbaycan bu prosesdə də operativ mövqe göstərə bildi. “CISCO” şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və digər nümayəndələr arasında keçirilən videokonfransda Azərbaycanın beynəlxalq təhlükəsizliyi, enerji təchizatının şaxələndirilməsi, siyasi islahatlar məsələlərinə toxunulub. Ölkəmizin müxtəlif sahələrdə əməkdaşlıq etdiyi “CISCO” şirkətinin icraçı vitse-prezidenti Kelli Kramerin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər də dövlətimizin dünyadan artan nüfuzunun göstəricisi oldu: “COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərinizi nümayiş etdirdiniz”. Burada xatırlamaq yerinə düşər ki, hər iki beynəlxalq tədbir “CISCO” şirkətinin avadanlıqları vasitəsilə təşkil olunub. Bu şirkətlərlə əməkdaşlıq gələcəkdə ölkəmizin daha da güclənməsinə, nüfuzunun daha da artmasına səbəb olacaq”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

19 yaşlı futbolçu bıçaqlanaraq öldürüldü - FOTO

“Harlou Taun” klubunun üzvü Fransua Kablan qətlə yetirilib. Unikal.org xəbər verir ki, hadisə Londonda baş verib. İngiltərəli futbolçunun qətlində şübhəli bilinən baş 4 nəfər saxlanılıb. Qeyd edək ki, Fransua Kablanın cəmi 19 yaşı olub.