Mais Səfərli: “Milli Şura” Qərbdəki bəzi dairələrin xoşuna gəlmək üçün addımlar atır

Oxunma vaxtı:1 Dəqiqə, 4 Saniyə

Bu gün ölkəmizdə Azərbaycanın milli dəyərlərini heçə sayan, öz maraqlarını hər şeydən üstün tutan və yeri gələndə milli dəyərlərimizi tapdalamaq istəyənlər də var.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, bu gün “Milli Şura” bir çox hallarda heç öz sözünü belə demir və Qərbdəki bəzi dairələrin xoşuna gəlmək üçün müəyyən addımlar atır:

“Əslində, “Milli Şura” elə AXCP sədri Əli Kərimlinin ətrafında toplanmış kiçik bir qrupdur. Onların hərəkətini heç siyasi fəaliyyət də adlandırmaq olmaz. Qurumun fəaliyyəti əslində sosial şəbəkələrdə bəlağətli çıxışlardan, bəyanatlardan, Azərbaycanda görülən işlərə kölgə salmaqdan başqa bir şey deyil. Bu gün sözügedən qurumun strukturları yoxdur. Tərkibində böyük dağılmalar, parçalanmalar var, burada təmsil olunan şəxslər və ya partiyalar vahid halda birləşə bilmirlər. Verdikləri bəyanatlar əsasən Qərbin diqqətini cəlb etmək məqsədi güdür”.

M.Səfərli qeyd edib ki, o qüvvələrin dəstəyinə nail omaq üçün “Milli Şura” bizim milli əxlaqımıza zidd addımlar atır.

Partiya sədri “Milli Şura”dan istefa verənlərdən də söz açaraq bildirib:

“Ümumiyyətlə, “Milli Şura” deyilən qurumun üzvləri arasındakı münasibətləri də dürüst və səmimi saymaq olmaz. Düşünürəm ki, onların hərəsinin öz məqsədi var və hər biri şəxsi maraqlarına görə ora gəliblər. Gördüyünüz kimi, hansısa kiçik bir fikir ayrılığı onların bir-biri ilə didişməsinə gətirib çıxarıb. Bu, əslində cəmiyyətimiz üçün ciddi bir mesaj idi”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Hikmət Babaoğlu: Donald Trampın Prezident İlham Əliyevə məktub göndərməsi dövlət başçımızın liderlik səylərinə verilən yüksək qiymətdir

ABŞ Prezidenti Donald Trampın Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərməsi dövlət başçımızın liderlik səylərinin yüksək qiymətləndirilməsinin göstəricisidir. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib. H.Babaoğlu bildirib ki, ABŞ-Azərbaycan münasibətləri bütün istiqamətlər üzrə yüksək tərəfdaşlıq münasibətləri […]