Oxunma vaxtı:24 Saniyə
Fransızlar iyul və avqust aylarında tətilə gedə bilərlər.
Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, bu barədə Fransa Baş Naziri Eduard Filip turizmə yardımla bağlı hökumət planını təqdim edərkən deyib.
Baş Nazir bildirib ki, ölkədə otellərin 95 faizi bağlıdır. Qeyd edib ki, Fransa tarixində ilk dəfə hökumət turizm sektorunun inkişafına 18 milyard avro yardım planı hazırlayıb. E. Filip iyunun 2-dən restoran və kafeteriyaların açılmasını da arzulayıb.
Qeyd edək ki, Fransanın təcridolma rejimindən tədricən çıxmağının 4-cü günüdür.