BAŞ NAZİRDƏN QƏRAR: 8 GÜN İŞ OLMAYACAQ

Oxunma vaxtı:32 Saniyə

Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.

Bununla bağlı Baş Nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Doğrusöztv.Az xəbər verir ki, qərara əsasən, xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib.

Müəyyən edilib ki, bu Qərarın 1.2-ci bəndində nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır, xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İsveçin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İsveçin Kralı XVI Karl Qustav Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm”.