Bundesliqa vaxtından əvvəl başa çatdırıla bilər

Oxunma vaxtı:47 Saniyə

Almaniyada Bundesliqasının rəhbərliyi ilə əsas və II liqa klublarının nümayəndələri arasında görüş keçirilib.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən dayandırılan çempionatların bərpası ilə bağlı fikir mübadiləsi aparılıb, bəzi qərarlar qəbul olunub.

Videokonfrans zamanı 36 klub nümayəndəsi mövsümün bərpasına növbəti dəfə dəstək verib. Onlar hətta mövsümün idman prinsipləri ilə yekunlaşması üçün mübarizənin iyul ayına qədər davam etməsi variantına da razılıq veriblər.

Həmçinin qərara alınıb ki, əgər baş verə biləcək hadisələr üzündən qarşıdakı iki həftədə oyunların keçirilməsi mümkün olmasa, çempionatın yekun sıralaması ilə bağlı əsasnamə işlənməli, mövsüm başa çatdırılmalı olacaq. Bundan başqa, komandalar tibbi heyətin gigiyenik qaydalarla bağlı tələblərinə riayət etməlidirlər.

Cari mövsümün qalan görüşlərində komandaların 5 əvəzləmə etməsinə də rəsmən icazə verilib. Bundesliqa rəhbərliyi növbəti mövsümün start tarixini isə iyunun 30-na qədər müəyyənləşdirməyi planlaşdırır.

Eyni zamanda, yay “transfer pəncərəsi” vaxtının dəyişdirilməsi istisna olunmayıb. Klublara 2 mərhələdən ibarət transfer etmək hüququ verilə bilər.

Qeyd edək ki, Almaniya Bundesliqasında mübarizənin mayın 16-da bərpa olunması qərara alınıb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bakıda karantin qaydalarını pozaraq nəqliyyatın salonunda xidmət göstərən “pub” aşkar edilib

Sabunçu rayonu Bakıxanov qəsəbəsində sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərən “pub” aşkar edilib. Doğrusöztv.Az bildirir ki, Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı qəsəbənin R.Axundov küçəsində yerləşən “Kabak” restoranının sahibi Samir Qəhrəmanovun sanitar-karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi və […]