AMEA: Magistrantların dissertasiya işlərinin müdafiəsi ənənəvi yolla aparılacaq

Oxunma vaxtı:31 Saniyə

Magistrantlar üçün imtahan sessiyası və dissertasiya işlərinin müdafiəsi pandemiya ilə əlaqədar preventiv tədbirlər, sosial məsafənin gözlənilməsi ilə tələb nəzərə alınmaqla ənənəvi yolla aparılacaq.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu AMEA Rəyasət Heyəti Aparatının Magistratura şöbəsinin müdiri Fikrət Feyziyev AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin müdirləri ilə keçirilən onlayn görüşdə deyib.

AMEA-nın Elm və təhsil idarəsinin rəis müavini Hüseyn Hüseynov magistrantların aralıq qiymətləndirilməsinin 31 may 2020-ci il tarixində başa çatdırılmasının önəminə toxunub. O, distant təhsil sahəsində əldə edilən təcrübəni yüksək qiymətləndirərək, onlayn rejimdə keçirilən sərbəst işlərin və kollokviumların, o cümlədən seminar qiymətlərinin imtahanqabağı bal cədvəlində nəzərə alınmasının zəruriliyini qeyd edib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Əmanətlərin Sığortalanması Fonduna İcraçı direktor təyin edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Tural Piriyevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilir.