Sabahdan ödənişlərə başlanılır – ŞAD XƏBƏR

Oxunma vaxtı:31 Saniyə

Mayın 12-dən etibarən bu ay üçün nəzərdə tutulan 190 manatlıq ödənişlərin verilməsinə başlanılacaq.


Doğrusöztv.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.


S.Babayev həmçinin qeyd edib ki, koronavirus iqtisadiyyata mənfi təsir göstərsə də, sosial layihələr tam olaraq, icra ediləcək.


Nazir onu da əlavə edib ki, may ayının ödənişləri verilməzdən qabaq aprel ayında birdəfəlik ödəmə statusu almış hər bir şəxsin məlumatları yenidən analiz ediləcək. Əgər qaydalardan kənar hər hansı bir hallar aşkar edilərsə, may ayının ödənişi həmin şəxslərə ödənilməyəcək. 


S.Babayev bildirib ki, aprel ayının ödənişini alan şəxs 1 ayın tamamından sonra may ayının ödənişini alacaq

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Son sutkada 45 ölü - İRANDA

Doğrusöztv.Az  / DÜNYA İranda son 24 saat ərzində yeni növ koronavirus səbəbindən ölənlərin sayı 45 nəfər  artaraq 6 min 685-ə çatıb.  Doğruöztv.Az  bildirir ki, Unikal.org  İran dövlət televiziyasının verdiyi məlumata istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur, son 24 saatda COVID-19 səbəbiylə 45 adamın öldüyünü açıqlayıb. Beləliklə, Cihanpur, […]