

“Bu gün Qaradağ rayon İcra Hakimiyyəti işləyir. Çalışırlar ki, öz fəaliyyətlərində dönüş yaratsınlar”.
Doğrusöztv.Az bildirir ki, APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O bildirib ki, Qaradağ Rayon İcra Hakimiyyətinin fəaliyyətlərində dönüş yaratmağa çalışdıqlarını müşahidə edirlər:
Qaradağ Rayon icra Hakimiyyətinin töhmətdən nəticə çıxarmasına gəlincə, E. Əzizov bildirib ki, buna cavab vermək bu gün hələ tezdir: “Çünki bir ay keçib. Hər halda onların ünvanına yeni bir irad deyilməyib”.
E. Əzizov bildirib ki, Qaradağ Rayon İcra hakimiyyətindən başqa heç bir rayona töhmət verilməyib.
Qeyd edək ki, martın 24-də Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunmuş və ona xəbərdarlıqla töhmət elan edilmişdi.