ŞUŞANIN İŞĞALINDAN 28 İL ÖTÜR

Oxunma vaxtı:1 Dəqiqə, 15 Saniyə

Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq tanınmış ərazisidir, bu bölgə həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq. Azərbaycan Xarici İşlər Nazirliyinin Şuşanın işğalının ildönümü ilə bağlı bəyanatında belə deyilir. Bəyanatda qeyd olunur ki, Ermənistanın sistematik təcavüz siyasətinin tərkib hissəsi olaraq, 1992-ci ilin mayın 8-də Ermənistan silahlı qüvvələri tarixi Azərbaycan şəhəri olan Şuşanı işğal edib. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox insan etnik təmizləməyə məruz qalıb. Bütün beynəlxalq təşkilatlar və dünya ölkələri Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edir və işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir. Xarici işlər Nazirliyi bəyan edib ki, işğalçı tərəf Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətini açıq şəkildə nümayiş etdirir. Təcavüzkar ölkə Ermənistan beynəlxalq humanitar hüququnun tələblərini kobudcasına pozaraq, Şuşanın işğalı zamanı aparılmış etnik təmizləmənin ardınca orada Azərbaycan tarixi-mədəni mirasının məhv edilməsi və tədricən şəhərin mədəni simasının dəyişdirilməsinə yönələn qanunsuz əməllər törədir. Tarixçilər ermənilərin bu əməllərini nasizmlə müqayisə edir. Şuşada aparılan qeyri-qanuni məskunlaşma çərçivəsində indi minlərlə insan bu ərazidə yerləşdirilib. Rəsmi Bakı bəyan edib ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda dayanıqlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir. Münaqişənin tənzimlənməsi üzrə davam edən danışıqlar prosesinin məqsədi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrindən işğalçı Ermənistan qüvvələrinin çıxardılması, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa edilməsi və məcburi köçkünlərin öz evlərinə geri dönməsinin təmin edilməsidir.

ŞUŞANIN İŞĞALINDAN 28 İL ÖTÜR

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

SON DƏQİQƏ: Prezident yüksək vəzifəli məmuru İŞDƏN ÇIXARDI

Prezident İlham Əliyev Rafiq Bayramovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az  xəbər verir ki, sərəncamla Rafiq Yasin oğlu Bayramov Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.  Qeyd edək ki, R.Bayramov 10 noyabr 1972-ci il tarixində anadan olub. O, 2018-ci ilin iyun ayından Azərbaycan Respublikasının […]