Həbs olunan icra başçının otağından qadın geyimləri tapılıb — ŞOK GÖRÜNTÜ

Oxunma vaxtı:54 Saniyə

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. 

Bu barədə DTX-nin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.

Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Oxu24.com  xəbər  verir  ki, mətbuata  yayılan  rəsmi  videoda  maraqlı  kadr  diqqəti  cəlb  edib.

İcra  başçısının  otağında  axtarış  aparılan  zaman  otaqda  qadın  ayaqqabısı  və  çantası  aşkarlanıb.

Bu qadın  ayaqqabısı  və  çantası  kimə məxsusdur?

Həmin videonu  təqdim  edirik:

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

SON DƏQIQƏ: Nazir şad xəbər açıqladı

Pandemiya ilə əlaqədar tədrisin dayandırıldığı müddət üçün müəllimlərin əməkhaqlarının ödənilməsində hər hansı fərqin olması nəzərdə tutulmur. Nazirin sözlərinə görə, hər bir təhsil işçisi əvvəlki əməkhaqqısını alacaq: “Təhsil sistemində çalışan insanların əməkhaqlarının, tələbələrin təqaüdlərinin vaxtında ödənilməsi Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulan ən əsas vəzifələrdəndir”.