Karantin rejimi mayın 31-dən sonra da uzadıla bilər – Prezidentdən XƏBƏRDARLIQ

Oxunma vaxtı:31 Saniyə

“Azərbaycanda koronavirusla əlaqədar olaraq xüsusi karantin rejimi ənazı mayın 31-dək qüvvədə olacaq”. 

Doğrusöztv.Az Unikal.org-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev modul tipli xəstəxana kompleksinin açılış mərasimində bəyan edib. 

Ölkə başçısı bildirib ki, ondan sonra lazım olarsa uzadılacaq:

“Son günlərin mənzərəsi məni çox üzür və narahat edir. Çünki, son 2-3 gündə xəstələnənlərin sayı, sağalanların sayından çoxdur. Əgər bu dinamika kəskin artarsa mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik və sərtləşdirəcəyik. Karantin qaydalarını pozanlara qarşı daha ciddi tədbirlər görüləcək. Məqsəd, vəziyyəti daima nəzarətdə saxlayaq”. 

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

DİN təcili müraciət yaydı

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilir.  Doğrusöztv.Az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, maddi yardımların verilməsi ilə bağlı paytaxt və rayonlarda poçt məntəqələrinin, […]