Prezident: Pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və sosial müdafiəsidir

Oxunma vaxtı:39 Saniyə

Pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir.

Prezident İlham Əliyev bu fikirləri Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilən Zirvə görüşündəki giriş nitqində bildirib.

Ölkəmizdə koronavirusla mübarizə və xəstələrin müalicəsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan dövlətimizin başçısı deyib: “Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmışdır. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilmişdir. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilmişdir. Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanmışdır”.

Prezident İlham Əliyev görülmüş tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısının alındığını, son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasında müsbət dinamikanın olduğunu qeyd edib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

SON DƏQİQƏ! Azərbaycanda daha bir vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev vəzifəsindən azad olunub. Oxu24.com xəbər verir ki, qurumun Aparat rəhbəri vəzifəsi MTRŞ sədrinin köməkçisi Fazil Novruzova tapşırılıb. Oxu24.com xəbər verir ki, qurumun Aparat rəhbəri vəzifəsi MTRŞ sədrinin köməkçisi Fazil Novruzova tapşırılıb. Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 4-də imzaladığısərəncamla İsmət Rəcəb […]