Masallıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir

Admin
Read Time:57 Second

Əfqan Cabbarovdan, Masallı, Azərbaycan
01 may 2020   president.az

Hörmətli cənab Prezident.
Sizin yorulmaz və fədakar fəaliyyətinizi, iştirak etdiyiniz tədbirləri və etdiyiniz çıxışlarınızı izlədikcə əmin oluruq ki, koronavirus pandemiyasının qarşısının alınması və digər məqsədlər üçün Azərbaycanda həyata keçirilən bütün işlərin mərkəzində insan amili dayanır. Siz əhalinin sağlamlığının təmin olunması məsələsinə çox həssaslıqla yanaşırsınız.
Bu qayğılı günlərdə Azərbaycan xalqını düşündüyünüzə, onunla birlikdə olduğunuza görə Zati-alinizə təşəkkürümü bildirir, şəxsən öz adımdan və ailəm adından Sizə uzun ömür, cansağlığı arzu edirəm.

Hörmətlə,
Cabbarov Əfqan Balakişi oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Qasımlı kəndi.

______________________________________________________________


Təvəkkül İbrahimovdan, Masallı, Azərbaycan
01 may 2020   president.az

Hörmətli cənab Prezident.
Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq istiqamətində gördüyünüz təxirəsalınmaz tədbirləri kənd sakinləri olaraq dəstəkləyir, öhdəmizə düşən məsuliyyəti dərk edir və icrası üçün əlimizdən gələni əsirgəmirik.
Siz hər zaman olduğu kimi, bu təlatümlü zamanda da xalqınızın qayğısına qalır, onu narahat edən problemlərlə yaxından maraqlanırsınız. Sizin tapşırığınıza əsasən Masallı rayonunun bütün kəndlərində imkansız ailələrə ərzaq payları verilmişdir. Bu paydan bizim ailəyə də qismət oldu. Buna görə kənd sakinləri və ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,
İbrahimov Təvəkkül Cabir oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Tüklə kəndi.

 804 total views

0 0
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Next Post

SON DƏQİQƏ! Bir neçə rayonda əməliyyat,məmurlara cinayət i

Daha bir neçə şəhər və rayonda icra nümayəndəsi işdən çıxarılıb, cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Şirvan, Naftalan şəhər, İmişli və Bərdə rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin xüsusi karantin rejimi qaydaları ilə bağlı qanunazidd hallara yol vermələri barədə şəhər və rayon […]