Oqtay Şirəliyev onlayn müzakirəyə qoşuldu – FOTO

Oxunma vaxtı:43 Saniyə

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv ölkələrinin səhiyyə sektorlarının rəhbərləri COVİD-19 pandemiyası ilə mübarizə mövzusunda onlayn videokonfransda iştirak ediblər.

Unikal.org xəbər verir ki, yerli vaxtla saat 15:00-da keçirilən onlayn-konfransda səhiyyə rəsmilərindən Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosu direktoru Hans Klüqe, Qazaxıstan Respublikasının səhiyyə naziri Eljan Birtanov, Qırğızıstan Respublikasının səhiyyə naziri Sabirjan Abdikarimov, Türkiyə Cümhuriyyətinin səhiyyə naziri Fahrettin Koca, Özbəkistan Respublikası səhiyyə naziri Aleşer Şadmanov və Macarıstanın Dövlət səhiyyə katibi (müşahidəçi ölkə) Zoltan Lourens çıxış ediblər. 

Müzakirələr zamanı hər bir nümayəndə öz ölkəsində COVİD-19 pandemiyası üzrə sanitar-epidemioloji vəziyyət, səhiyyə infrastrukturu, diaqnostika və müalicə, karantin tədbirləri və digər məsələlər ətrafında çıxış edib.

Onlayn-görüşün nəticəsi olaraq, Türk Şurasının Sammitində qəbul edilən bəyannamənin müddəalarının yerinə yetirilməsinə dair bir sıra qərarlar qəbul edilib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 565; 2000, № 12, maddə 833; 2005, № 10, maddə 876; […]