Nazirlikdən işini itirən aztəminatlı şəxslərlə bağlı AÇIQLAMA

Oxunma vaxtı:33 Saniyə

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı prosesi davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Unikal.org-a bildiriblər ki, birdəfəlik ödəmə təyin edilən şəxsə qeydiyyata alınan zaman qeyd etdiyi telefon nömrəsinə bu barədə SMS göndərilir və o, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilirsə, istənilən poçt şöbəsinə, bank göstərilirsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib, onun üçün köçürülmüş birdəfəlik ödəməni əldə edir.

Bu günədək 400 min şəxs üçün birdəfəlik ödəniş vəsaiti köçürülüb və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Koronavirusa görə bu şəxslərin məzuniyyət müddəti uzadıldı - SƏRƏNCAM

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb. AMEA-dan  verilən məlumata görə, sərəncama əsasən, Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli Qərarına əsasən əməkhaqqı saxlanılmaqla AMEA əməkdaşlarının işə davamiyyəti aprelin 28-dən mayın 4-ü saat 00:00-dək təxirə […]