Koronavirusa görə bu şəxslərin məzuniyyət müddəti uzadıldı – SƏRƏNCAM

Oxunma vaxtı:53 Saniyə

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb.


AMEA-dan  verilən məlumata görə, sərəncama əsasən, Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli Qərarına əsasən əməkhaqqı saxlanılmaqla AMEA əməkdaşlarının işə davamiyyəti aprelin 28-dən mayın 4-ü saat 00:00-dək təxirə salınır.AMEA-dan  verilən məlumata görə, sərəncama əsasən, Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli Qərarına əsasən əməkhaqqı saxlanılmaqla AMEA əməkdaşlarının işə davamiyyəti aprelin 28-dən mayın 4-ü saat 00:00-dək təxirə salınır.

Bundan əlavə, AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejimi 4 may saat 00:00-dək uzadılıb, həmçinin xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən daha əvvəl müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər həmin müddət ərzində qüvvədə saxlanılıb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

20 vəzifəli şəxs işdən çıxarılıb, beşinin maaşı azaldılıb (RƏSMİ)

Hesablama Palatasının auditləri nəticəsində 20 vəzifəli şəxs işdən çıxarılıb. Doğrusöztv.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Hesablama Palatasının 2019-cu il üzrə hesabatında bildirilib. Həmçinin, 56 vəzifəli şəxsə töhmət verilib, 30-na xəbərdarlıq edilib. Hesabatda yazılıb ki, həyata keçirilən tədbirlər nəticəsində beş nəfərin vəzifə maaşı azaldılıb.