Vətəndaşlar kütləvi şəkildə aldadılıb – “Azəriqaz”dan AÇIQLAMA

Oxunma vaxtı:49 Saniyə

“Azəriqaz” İstehsalat Birliyi dünən gecə saatlarında smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı insanların kütləvi şəkildə aldadılması hallarına dair açıqlama yayıb.

Doğrusöztv.Az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, sosial şəbəkələrdə bəzi insanlar yanlış məlumatlar paylaşıb.

“Səs yazıları, elanlar verilib. “Azəriqaz” İstehsalat Birliyi olaraq bəyan edirik ki, belə məlumatlara aldanmayın və aşağıdakı şərhimizə diqqətlə yanaşın.

Ümumiyyətlə smart-kartın bərpası deyilən bir xidmət mövcuddur. Yəni sosial şəbəkələrdə bu barədə yayılan video materialda da həmin proses tam düzgün izah olunur. Smart-kart necə bərpa olunursa, ondan danışılır. Abonent məsələn, 10 manat vəsait yükləyib. Bu zaman kartı terminaldan tez götürərkən və ya həmin anda internet ötürücülərdə problem yaranarsa, vəsait karta yüklənməyə bilər. Amma ödəniş ödəmə qəbzində əksini tapır. Bir anda abonent vəsaitin yükləndiyini başa düşür və gəlib kartdakı məbləği sayğaca yükləyəndə, sıfır göstəricisi göstərir. Bu halda məsləhət görülür ki, smart-kart təkrar aparılmalıdır ödəniş terminalına və menyuda “Smart-kartın bərpası” seçilməklə əvvəlki məbləğ yenidən yüklənilməlidir. Yəni proses bu qədər sadədir”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan daha yaxşı vəziyyətdədir - Prezidentin köməkçisi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “TRT World” telekanalına müsahibəsində ölkəmizdə koronavirusla mübarizədə görülən işlərdən danışıb. Teleqraf.com xəbər verir ki, Azərbaycan Hökuməti tərəfindən yanvarın ortalarından bəri COVID-19-a qarşı mübarizədə addımlar atıldığını söyləyən Hikmət Hacıyev bunun Prezident İlham Əliyevin nümayiş etdirdiyi strateji baxış, habelə koronavirusla […]