Oxunma vaxtı:24 Saniyə
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının fəal üzvləri də qoşulub.
Bu məqsədlə YAP Sumqayıt şəhər təşkilatı tərəfindən qanvermə aksiyası keçirilib. Aksiyada şəhər təşkilatının fəal üzvləri, o cümlədən 44 saylı Sumqayıt-Xızı seçki dairəsi üzrə Milli Məclisin deputatı Müşviq Məmmədli də iştirak edib.