23 aprel tarixində rayon İcra Hakimiyyətində yaradılmış Müraciətlərə Operativ Baxılma Mərkəzinin qaynar xəttinə 22 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti birdəfəlik maddi yardımın göstərilməsi ilə bağlı olmuşdur ki, həmin müraciətlər işsizliyə görə birdəfəlik ödəmə üçün rayon Məşğulluq Mərkəzinə istiqamətləndirilib.
Müraciətlərə Operativ Baxılma Mərkəzinin əməkdaşları tərəfindən vətəndaşların sualları ətraflı cavablandırılmış, qanunvericiliyə uyğun olaraq vətəndaşlara müvafiq izahatlar verilib. Müraciətlərin cavabları telefon zəngi, sms və whatsapp mesajları vasitəsilə vətəndaşlara çatdırılıb.
Qlobal pandemiya elan olunan koronavirus infeksiyasının qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyətində qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları, eyni zamanda səyyar qəbulların keçirilməsi təxirə salınmışdır.
Ağcabədi Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə Müraciətlərə Operativ Baxılma Mərkəzi tərəfindən həyata keçirilir.
Qeyd edəki ki, yeni yaradılmış MOB mərkəzində, ümumilikdə 100-dən çox mövzu ilə bağlı vətəndaş müraciətlərinə operativ baxılması, cavablandırılması və həlli üçün 7 pəncərə üzrə məsul işçilər, könüllülər və operativ işçi qrup fəaliyyət göstərir.
Mərkəzin əlaqə məlumatlarını diqqətinizə çatdırırıq:
Qaynar xətt: 050-473-97-73; 070-373-97-73; 021-275-48-06; 021-275-52-03
WhatsApp: 050-473-97-73
Skype: Ağcabədi MOB
E-poçt: mail@agcabedi-ih.gov.az; agcabedi.mob@gmail.com