Sergey Lavrovdan Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı AÇIQLAMA

Oxunma vaxtı:57 Saniyə

“Ötən il Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təkliflər müzakirə olunub. Bunların imzalanması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası istiqamətində mühüm addım olardı”.

Sergey Lavrovdan Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı AÇIQLAMA


TASS agentliyi xəbər verir ki, bunu Qorçakov Fondunun təşkil etdiyi onlayn “dəyirmi masa” zamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri barədə danışarkən bildirib.


S.Lavrov deyib ki, Qarabağ münaqişəsinin həllində Madrid prinsipləri, Rusiyanın 2010-2011-ci illərdə hazırladığı sənədlər, o cümlədən Kazan sənədi, həmçinin Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin 2019-cu ilin aprelində qəbul etdikləri ortaq sənəd var və bu, indi də fəal müzakirə olunur.


Rusiyanın Xarici İşlər Naziri həmin sənədlərin münaqişənin mərhələli yolla həllini nəzərdə tutduğunu qeyd edib: “Münaqişənin həllində mərhələli həll nəzərdə tutulur. İlk mərhələdə ən aktual məsələlərin – Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması, kommunikasiya, nəqliyyat və iqtisadi əlaqələrin bərpası nəzərdə tutulur”.


S.Lavrov söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin ATƏT-in Minsk Qrupunun təklif etdiyi formatda qurulması yaxşı və faydalıdır:
“BMT-nin Təhlükəsizlik Şurasının müharibəni dayandırmaq və danışıqlara başlamaq haqqında tələbləri məhz bu çərçivədə həyata keçirilib”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərdən ibarət daha 30 min nəfər üçün birdəfəlik vəsaiti köçürüb. Nazirlikdən  verilən məlumata görə, həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Onlar bu mesajı aldıqdan sonra, […]