İbrahim Məmmədov hazırki vəziyyətdən DANIŞDI

Oxunma vaxtı:52 Saniyə

“Dünənki və bugünkü rəqəmlər göstərir ki, artıq pozitiv statistika tendensiya halını alıb. Bu, artıq üçüncü mərhələnin başlanması deməkdir”.

Doğrusöztv.az Unikal.org-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin efirində yayımlanan “Hədəf” verilişində deyib.

“Birinci mərhələ fevralın 28-də ilk yoluxma faktının qeydə alınmasıdır. Fevralın 28-dən aprelin 11-dək, demək olar ki, fasiləsiz neqativ tendensiya var idi, yəni yoluxma artırdı və sağalanların sayı isə az idi. Amma aprelin 12-dən etibarən pozitiv rəqəmlər də görünməyə başladı. Elə günlər oldu ki, sağalananların sayı yoluxanların sayını üstələdi. Pozitivlə neqativ bir-birini əvəzləyərək aprelin 18-dək davam elədi, yəni sabitləşdi”, – deyə İ.Məmmədov bildirib.

Nazirlər Kabinentinin sözçüsü vurğulayıb ki, artıq aprelin 19-da pozitiv tendensiya təsdiqlənib (25 yoluxma, 122 sağalma) və demək olar ki, sağalma 5 dəfə yoluxmanı üstələyib: “Bu gün isə sağalma 2 dəfə yoluxmanı üstələyib. Son günlər ard-arda sağalmanın yoluxmanı üstələməsi, həm də bu istiqamətdə fərqin getdikcə böyüməsi bizə onu deməyə əsas verir ki, pozitiv tendensiya artıq özünü təsdiqləyib və biz artıq pozitiv istiqamətdə irəliləməkdəyik”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanda karantin rejimindən çıxış planı hazırlanacaq

Bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanacaq”. Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin efirində yayımlanan “Hədəf” verilişində deyib. “Hazırda bununla bağlı bizə iki əsas prinsip məlumdur: Mayın 4-dən sonrakı dövrdə artıq karantindən çıxış mərhələsi başlayır. Karantindən çıxış isə mərhələli şəkildə həyata keçiriləcək. […]