ARB-nin efirində söyüş söyən Afaq Bəşirqızı imiş… – VİDEO

Oxunma vaxtı:29 Saniyə

Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurası ARB telekanalının efirində 21 aprel tarixdə proqramların yayımının saat 10:00-dan saat 16:00-dək dayandırılması haqqında qərar qəbul edib. Buna sözügedən telekanalda yayımlanan “Elgizlə izlə” verilişində söyüş məzmunlu informasiya yayımlanması səbəb olub.

Doğrusöztv.Az  xəbər verir ki, sözügedən veriliş kanalın internet arxivindən silinsə də, efirdə söyüş söyən şəxsin Afaq Bəşirqızı olduğu üzə çıxıb.

Belə ki, canlı yayım zamanı Xalq artisti Elgiz Əkbərin telefonuna zəng edərək, nalayiq ifadə işlədib. Bu zaman onun telefonda işlətdiyi söyüş efirdə eşidiləcək tərzdə olub.

Yenilik.az-a istinadən həmin anın videosunu təqdim edirik:

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İbrahim Məmmədov hazırki vəziyyətdən DANIŞDI

“Dünənki və bugünkü rəqəmlər göstərir ki, artıq pozitiv statistika tendensiya halını alıb. Bu, artıq üçüncü mərhələnin başlanması deməkdir”. Doğrusöztv.az Unikal.org-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin efirində yayımlanan “Hədəf” verilişində deyib. “Birinci mərhələ fevralın 28-də ilk yoluxma faktının qeydə alınmasıdır. Fevralın 28-dən aprelin […]