

Şirvan şəhər icra hakimiyyəti başçısının birinci müavini Samid Abıyev vəfat edib. Bu barədə jurnalist Peyman Sadıqov məlumat yayıb. Samid Abıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, 2008-ci ilin oktyabrında baş verən avtoqəzada Abıyevin iki oğlu, gəlini və azyaşlı nəvəsi həlak olmuşdu. 2009-cu ilin avqustun 12-də Şirvanda baş verən avtomobil qəzasınada isə onun üçüncü oğlu dünyasını dəyişib. //qaynarinfo
![]()
