Laçınlı aztəminatlı ailələrə yardımların verilməsi davam etdirilir. FOTOLAR

Oxunma vaxtı:58 Saniyə


Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Laçın Rayon İcra Hakimiyyəti tərəfindən  məqsədyönlü  tədbirlər həyata keçirilir.


Doğrusöztv.Az xəbər verir ki, bununla yanaşı xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxmaları qadağan olunan ahılyaşlı insanların  sosial təcridin gücləndirilməsi, bu yaş qrupuna aid olan sakinlərin virusa yoluxmadan mühafizəsini  təşkil etmək məqsədilə Laçın Rayon İcra Hakimiyyəti tərəfindən yaşı 65-dən yuxarı olan  tənha, kimsəsiz, şəhid, əlil və aztəminatlı  ailələrə zəruri  yardımlar göstərilir.


 Belə ki, həmin tədbirlərin davamı olaraq, 2020-ci il 9 aprel tarixdə Laçın Rayon İcra Hakimiyyəti tərəfindən növbəti ərzaq yardımları və gigeynik vasitələr Bakı, Sumqayıt  şəhərləri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşan, yaşı 65-dən yuxarı olan laçınlı tənha, əlil, kimsəsiz, şəhid və aztəminatlı ailələrə fərdi qaydada çatdırılmışdır. Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və könüllülərlə birgə keçirilən xeyriyyə aksiyası  zamanı gün ərzində 200 ailəyə yaşadıqları ünvanlarda  ərzaq bağlamaları və gigiyenik vasitələr paylanılmış, onlara özlərinin və yaxınlarının sağlamlığı üçün xüsusi karantin rejiminin qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları tövsiyə edilmişdir.


Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə  və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Vilayət Eyvazov inspektoru rəis TƏYİN ETDİ

Daxil işlər naziri, general polkovnik Vilayət Eyvazov daha bir təyinatla bağlı əmr izmalayıb. Doğrusöztv.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, nazirin əmri ilə Mais Əhmədov Sumqayıt qeydiyyat imtahan və texniki baxış şöbəsinin rəisi təyin olunub.  M.Əhmədəov bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsi qeydiyyat imtahan və texniki baxış şöbəsində baş […]