KARANTİN TƏDBİRLƏRİ – Ağcabədidə dezinfeksiya işləri və karantin rejiminin qaydalarını pozanlara qarşı tədbirlər davam etdilir.

Oxunma vaxtı:56 Saniyə

Xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Ağcabədi rayonunda da davam etdirilir.


  Doğrusöztv.Az xəbər verir ki,   8 aprel tarixində rayon ərazisində xüsusi karantin rejiminin tələblərini pozan 24 nəfərə xəbərdarlıq olunmuş, 8 nəfər isə inzibati qaydada cərimələnib. Həmçinin, 1 ticarət obyekti tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması müəyyən edilib.
    Qeyd edək ki, rayon İcra Hakimiyyətinin yaratdığı mobil qruplar və polis əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici söhbətlər aparılır və onların evdə qalmalarının sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır. Vətəndaşlara həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.
    Ağcabədi rayonunda vətəndaşların koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.
   Belə ki, 8 aprel tarixində rayonda 4 çoxmənzilli yaşayış binası, 3 avtomobil dayanacağı, 20 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 50-dən çox ödəniş terminalları və bankomatlar dezinfeksiya edilmiş, 10 küçə xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiya edici məhlullarla yuyulub. Bu tədbrilər ardıcıl olaraq rayonun şəhər ərazisi ilə yanaşı qəsəbə və kəndlərində də davam etdirilir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Laçınlı aztəminatlı ailələrə yardımların verilməsi davam etdirilir. FOTOLAR

Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Laçın Rayon İcra Hakimiyyəti tərəfindən  məqsədyönlü  tədbirlər həyata keçirilir. Doğrusöztv.Az xəbər verir ki, bununla yanaşı xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxmaları qadağan olunan ahılyaşlı insanların  sosial təcridin gücləndirilməsi, bu yaş qrupuna aid olan sakinlərin virusa […]