İcazəsiz quş ovlayan şəxs cəzalanıb

Oxunma vaxtı:25 Saniyə

Qızılagac Milli Parkının və Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları tərəfindən brokonyerliyə qarşı mübarizə məqsədilə keçirilən reyd zamanı milli parkın su ərazisində icazəsiz quş ovlayan şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, taxta qayıqla ov edən Masallı rayon sakini Çingiz Əmiraslanovdan ov tüfəngi, ovlanmış qaşqaldaq, ördək və adı “Qırmızı kitab”a düşmüş soltan toyuğu götürülüb.

Faktla bağlı akt tərtib olunub, təbiətə 1039 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hazırda Su Nəqliyyatında Polis İdarəsi tərəfindən təhqiqat aparılır.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İşğal altındakı Qarabağda koronavirusa ilk yoluxma faktı qeydə alındı

Ermənistan tərəfindən işğal olunan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Doğrusöztv.Az oxu.az-a istinadən xəbər verir ki, Ermənistana göndərilən koronavirus testinin iki nümunəsinin cavabı alınıb. Onlardan birinin cavabı müsbət çıxıb.