KARANTİN TƏDBİRLƏRİ – Ağcabədidə polis xüsusi karantin rejimi ilə əlaqədar tədbirləri davam etdirir

Oxunma vaxtı:36 Saniyə

Xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Ağcabədi rayonunda da davam etdirilir.


Doğrusöztv.az
xəbər verir ki, xüsusi karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb. Bu məqsədlə rayonun giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub. Karonavirus pandemiyasının təsir dairəsinin genişlənməsinin qarşısının alınması üçün bir rayondan digərinə qoyulan məhdudiyyətlərlə əlaqədar avtomaşınlar saxlanılır və zəruri hal yaranmadıqda sürücülər məskunlaşdığı rayonlara geri yönləndirilir.
Həmçinin Rayon İcra Hakimiyyətinin yaratdığı mobil qruplar və polis əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici söhbətlər aparılır və onların evdə qalmalarının sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır. Vətəndaşlara həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

“İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi çərçivəsində xidmətlər elektronlaşdırıb

Koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyini, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu, habelə Nazirlər Kabinetinin 13 mart 2020-ci il tarixli iclasında COVİD-19 virusu pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə qəbul edilmiş təcili, təxirəsalınmaz və icrası məcburi olan qərarlarların təmin olunması məqsədilə Gənclər […]