“Evdə qal-qalib gəl!” layihəsi incəsənəti evlərinizə gətirir

Oxunma vaxtı:28 Saniyə

“Evdə qal-qalib gəl!” layihəsi incəsənəti evlərinizə gətirir.

Azərbaycan Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, qalereya “Evdə qal, evdə yarat!” çağırışına uyğun olaraq rəssamları “Evdə qal-qalib gəl!! devizi ilə yeni virtual layihəyə qoşulmağa dəvət edir. Layihə çərçivəsində müxtəlif aksiyalar, rəssamların ustad dərsləri, həmçinin incəsənət tarixi və nəzəriyyəsi haqqında mühazirələr keçirilir.

Layihəni qalereyanın sosial media hesabları və rəsmi saytı (“azgallery.az”) vasitəsilə izləmək mümkündür.

Bu çağırışa qoşulanlar sırasında bir çox beynəlxalq sərgi və müsabiqələrin, simpoziumların iştirakçıları Cəlal Ağayev, Vüqar Muradov, Vüqar Əli və Mir Azər Abdullayev kimi istedadlı rəssamlarımız da var.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Jurnalistlərin xidməti vəsiqələri və ya iş yeri barədə arayışla hərəkət etmələrinə icazə verilir

“Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin çoxsaylı müraciətlərini nəzərə alaraq xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən KİV əməkdaşlarının xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə icazə verilir”. Doğrusöztv.Az bildirir ki, APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət […]