Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının […]

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə qərara alıram:  1. Ətraf mühitin mühafizəsi departamentinin əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Meşələrin inkişafı departamentinin və Elmi […]

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama

Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cəlilabad meşəbəyliyinin 4 saylı dolayının meşə gözətçisi Əfqan Abıyev meşə ərazisində qanunsuz olaraq ağac kəsən bir qrup şəxs tərəfindən döyülüb və ona ağır bədən xəsarətləri yetirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, meşə gözətçisi Ə.Abiyev mühafizə etdiyi meşə sahəsində bir […]

“Vəziyyət düzəlməsə, çempionat ləğv oluna bilər” – Ramin Musayev

“Bu dəqiqə çempionatın davam etdirilib-etdirilməyəcəyi barədə nə isə demək yanlış olar. Bizi daha çox insanların sağlamlığı maraqlandırır”. Qol.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev UEFA-nın milli çempionatlarla bağlı son qərarına münasibət bildirərkən deyib. Qitə futbol qurumu 55 milli assosiasiya rəhbəri ilə “Bu dəqiqə […]

Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərdə “Koronavirus (COVİD-19) xəstəliyinə qarşı tədbirlər davam etdirilir.

Laçın Rayon İcra Hakimiyyətində yaradılmış xüsusu qərargahın təşkilatçılığı ilə 02.04.2020-ci il tarixdə Laçın rayon sakinlərinin daha sıx məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü ərazisində “Koronavirus (COVİD-19) xəstəliyinə qarşı qabaqlayıcı proflaktik tədbirlər davam etdirilmişdir.Belə ki, ərazidəki məcburi köçkün qəsəbələrində 3 inzibati binada, 2 ərzaq mağazasında, 2 bankomatda, park və meydanlarda  dezinfeksiya tədbirləri […]

KARANTİN TƏDBİRLƏRİ-Ağcabədi rayonu maarifləndirmə işləri davam etdirilir.

Ağcabədi rayonu ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması istiqamətində işlər davam etdirilir.Rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə maarifləndirmə işləri genişləndirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin […]

KARANTİN TƏDBİRLƏRİ – Ərzaq məhsulları satışının təşkilinə diqqət və qayğı artırılır.

Dünyada tüğyan edən koronavirus epidemiyası ilə əlaqədar olaraq ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da geniş qabaqlayıcı tədbirlər həyata keçirilir. Rayon əhalisi arasında izahat və maarifləndirici tədbirlər aparılır. Mövcud karantin qaydalarına riayət edilməsi üçün müvafiq işlər görülür. Doğrusöztv.Az -a verilən məlumata görə, Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bu istiqamətdə son günlər […]

Mehriban Əliyevadan aprel döyüşləri ilə bağlı paylaşım – FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ordumuzun aprel qələbəsinin 4-cü ildönümü ilə bağlı şəxsi instaqram səhifəsində paylaşım edib. Doğrusöztv.Az xəbər verir ki, paylaşımda deyilir: “Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: “Əvvəl-axır işğalçı cavab verəcək”

Azərbaycan Xarici İşlər Nazirliyi Kəlbəcər rayonunun işğalı və 2016-cı ilin aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb. Unikal.org-un xəbərinə görə, bəyanatda deyilir: “1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin xaricində yerləşən Kəlbəcərin işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib […]

Prezident onu nazir müavini təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişikliyi olub.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov  Unikal.org-a bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Hidayət Abdullayev Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini təyin edilib. O, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri […]