Elçin Quliyev və Kəmaləddin Heydərov Rusiyadan gələrək karantinə cəlb olun­muş vətəndaşlarla görüşüblər

Oxunma vaxtı:1 Dəqiqə, 20 Saniyə

Martın 29-da Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Sərhəd Xidməti­nin rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar naziri general-polkovnik Kamaləddin Heydərov Rusiya Federa­si­ya­sından avtomobil yolu ilə ölkəyə gələrək zəruri sanitar-karantin təd­birlə­rinə cəlb olun­muş vətəndaşlarla görüşmək məqsədilə hə­min əra­zidə olublar.

Doğrusöztv.Az bildirir ki,DSX-dan APA-ya verilən məlumata görə, hazırda karantin şəraitində saxlanılan vətəndaşlarla görüş za­­­manı Azərbaycan Res­pub­­likasının Prezidenti İlham Əli­ye­vin rəhbərliyi al­tın­da ko­ronavirus infeksiyasının yayılmasına qarşı mü­ba­rizə məqsədilə həyata keçiri­lən qabaqlayıcı tədbirlər haq­­­qında geniş məlimat verilib, əhalinin sağlamlığının qorun­ma­sı üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tə­ləb­lərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub. 

Vətəndaşların karantində qalma şəraitlərinə və qidalanma və­­ziy­yətinə baxış keçirilmiş, üzləşdikləri problemlərlə maraqla­nıl­mış, xahiş və mü­ra­ciətləri dinlənilmiş, qaldırılan mə­sələlərin qısa müddətdə öz həllini tapması üçün təd­birlər görül­müş­dür. Karantin şəraitində yerləşdiriləcək şəxslər üçün əlavə ayrıl­mış yer­lə­r və ora­dakı şərait öyrənilmiş, vətəndaşların və şəx­si heyətin təhlü­kə­siz­­liyinin təmin edilməsi və sağlamlıqlarının qorun­ması üçün gö­rül­müş işlər nəzərdən keçirilmiş, zəruri göstə­rişlər veril­mişdir. 

Dövlət sərhədindən buraxılış məntəqə­sin­də rejim təd­bir­­­ləri­nin təşkili və­ziy­yəti, ölkəyə gələn şəxslərin karantin ərazisinə təx­liyə edilməsi məsələləri nəzərdən keçirilmiş, birgə fəaliyyə­tin yük­sək səviyyədə təşkil olunması qeyd edilmiş və bu istiqamətdə ai­diy­yəti dövlət or­qan­larının əməkdaşlığının daha da təkmilləş­diril­məsi üzrə müvafiq tapşırıqlar ve­ril­­miş­dir.

1 / 11

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Şəfiqə Məmmədova 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Şəfiqə Haşım qızı Məmmədovanın 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.  Doğrusöztv.Az APA-ya istinadən bildirir ki, O, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.