Azərbaycan araq istehsalını artırıb

Oxunma vaxtı:38 Saniyə
Azərbaycan araq istehsalını artırıb

020-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda araq istehsalı 2019-cu ilin müvafiq aylarına nisbətən 5,2 dəfə artaraq 1 368,8 min dekalitr təşkil edib.

Unikal.org-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-fevral aylarında ölkədə 59,2 min dekalitr likör istehsal edilib ki, bu da ötən ilin müvafiq aylarına nisbətdə 42% artım deməkdir.

Hesabat dövründə 456,5 min dekalitr pivə və 43,9 min dekalitr üzüm şərabı istehsal olunub ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq, 33,2% çoxdur və 45,1% azdır.

Bundan əlavə, bu ilin ilk iki ayında 2 355,5 min dekalitr alkoqolsuz içkilər istehsal olunub ki, bu da illik müqayisədə 3,2% azalma deməkdir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər orqanlarında növbəti təyinat olub.Oxu.Az-ın məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.Əmrə əsasən, Urman Ağayev Zərdab Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin edilib.O, bundan əvvəl Mingəçevir Şəhər Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsində çalışıb.Zərdab RPŞ-nin keçmiş xidmət rəisi, polkovnik-leytenant Bilal Nuriyev isə şöbə […]