Yol polisinin sürücünü döyməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Oxunma vaxtı:1 Dəqiqə, 25 Saniyə

“Sürücü avtomobili ön dövlət nömrə nişanı olmadan idarə etdiyi üçün Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb”.

Doğrusöztv.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev DYP əməkdaşlarının sürücünü döydüyünə dair sosial şəbəkədə yayılan görüntülərdə səsləndirilən iddialara cavab olaraq bildirib.

O qeyd edib ki, hadisə mart ayının 17-də baş verib:

“Əliyev Sadiq Pərviz oğlu 44-CB-053 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili ön nömrəsi olmadan idarə etdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb. Sürücü S.Əliyevin həmin avtomobillə törətdiyi inzibati xətaya görə, 96 manat məbləğində ödənilməmiş cəriməsi olduğundan, duracağa yerləşdirilməsi haqqında qərarın olduğu müəyyən olunub.

Bu səbəbdən də avtomobilin mühafizə olunan duracağa aparılmasına qərar verilib. Lakin sürücü qərara tabe olmayıb və müxtəlif cəhdlərlə avtomobilin evakuator vasitəsilə cərimə meydançasına aparılmasının qarşısını almağa çalışıb.

Avtomobilin nömrəsiz idarə edilməsinə görə, inspektorlar tərəfindən protokol tərtib edilib. Polisə qəsdən tabe olmayan sürücü məcburi qaydada patrul avtomobilinə əyləşdirilərək, Masallı rayon polis şöbəsinə aparılıb. Polis şöbəsində sürücü haqqında İnzibati Xətalar Məcəlləsinin (İXM) 535-ci maddəsi ilə (Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) protokol tərtib edilib. Bütün zəruri materiallar, eləcə də YPX avtomobilinin kamerasında qeydə alınan videogörüntülər məhkəməyə təqdim olunub. Məhkəmədə işə baxıldıqdan sonra yekun qərar əsasında sürücüyə cərimə və ya inzibati həbs cəzası veriləcək”.

K.Əliyev Masallı rayonunda DYP alayının 11-ci taqımının komandiri Hikmət Qafarov haqqında irəli sürülən iddialara da aydınlıq gətirib:

“Sözügedən hadisə ilə bağlı Əliyev Sadiq Pərviz oğlu tərəfindən taqım komandiri Hikmət Qafarova müraciət olunmayıb. H.Qafarova bu məsələ ilə bağlı başqa bir şəxs müraciət edib. Komandir isə cavab olaraq bildirib ki, faktla bağlı bütün materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib. İş məhkəmə tərəfindən araşdırılacaq”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ağcabədidə narkotik satan şəxs saxlanıldı

Ağcabədi rayonunda narkotik vasitələrin alqı satqı ilə məşğul olan rayon sakini saxlanılıb Doğrusöztv.az Unikal.org-a istinadən xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayon sakini 1978-ci il təvəllüdlü Həsənov Elmir Adil oğlu saxlanılıb. Polis əməkdaşları E. Həsənovun evinə baxış zamanı ümumi çəkisi 49 qram qurudulmuş marixuana, […]