Bakıya giriş qadağasını pozan şəxs saxlanılıb

Oxunma vaxtı:31 Saniyə

Koronovirusa görə Bakıya giriş qadağasını pozan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Dogrusoztv.Az  -a verilən məlumata görə, martın 25-də saat 23.00 radələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Bakı-Qazax yolunun 65-ci km-də təyin olunmuş postda Masallı rayon sakini V.Qəmbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb yüksək sürətlə hərəkətini davam edib. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin avtomobil saxlanılaraq sürücüsü ilə birgə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə təhvil verilib.

V.Qəmbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

ŞOK!Aygün Kazımova koronovirusa yoluxub?+FOTO

Xalq artisti Aygün Kazımova xəstəxanaya yerləşdirilib.  Oxu24.com  xəbər verir ki, pop-diva bu haqda sosial şəbəkə hesabında məlumat verib. Xəstəxanadan görüntülərini paylaşaraq “Özünüzdən muğayat olun, əzizlərim” yazan Kazımova izləyicilərini təşvişə salıb.  Pərəştişkarlarının “Koronovirus olmusunuz?”, “Niyə xəstəxanadasınız?” “Aygün xanım, bizi qorxutmayın, sizə nə olub?” kimi çoxsaylı rəylərinə sənətçi toplu cavab verib. O, “Şükürlər […]