Azərbaycana külli miqdarda siqaretin ölkəyə keçirilməsinin qarşısı alındı (FOTO/VİDEO)

Oxunma vaxtı:45 Saniyə

Gömrükçülərin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkəmizə qanunsuz yollarla gətirilən, təxmini dəyəri 6 milyon manat təşkil edən tütün məmulatlarının realizə edilməsinin qarşısı alınıb.

Doğrusöztv.Az bildirir ki, Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, komitənin Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən və Azərbaycan Respublikasının vətəndaşı Tahirov İlkin Əlifağa oğlunun faktiki istifadəsində olan qapalı tipli anbarda ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda tütün məmulatlarının saxlanılması barədə əməliyyat məlumatı daxil olub.

Dərhal yaradılan əməliyyat qrupu qeyd olunan ünvanda yerləşən 500 kvadratmetrlik qapalı tipli anbara baxış keçirib. Yoxlama zamanı anbarda 5041 karton qutu aşkar olunub. Qutulara baxış keçirilən zaman oradan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 924000 qutu “Milano”, 983500 qutu “Cavallo”, 584000 qutu “Kent Nanotek 2″ və 29000 qutu”Marlboro Gold Edge” markalı, ümumilikdə isə 50 410 000 ədəd siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

“Bir” Tələbə-Könüllü proqramının təşəbbüsü ilə onlayn fleşmoba start verilib

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşəbbüsü ilə #birteshekkur adlı onlayn fleşmoba start verilib. Martın 25-də “Görünən və görünməyən qəhrəmanlara #birteshekkur” devizi ilə başlayan kampaniya paylaşdıldığı andan etibarən sosial şəbəkələrdə 200-dən çox insan tərəfindən paylaşılıb, 15 mindən çox baxış sayı əldə edib. Həmçinin, Bakıdan başqa Gəncə, Mingəçevir, Lənkəran, Şamaxı, Quba, Masallı, […]