Sərdar Ortaç eşqin bitdiyini dedi, sevgilisi bunu “Instagram”dan öyrəndi – FOTO

Oxunma vaxtı:26 Saniyə

Türkiyənin məşhur müğənnisi Sərdar Ortaçın həmkarı Seçil Gürlə eşq macərası qısa davam edib.

“HaberGlobal”ın məlumatına görə, Ortaç “Instagram” hesabında sevgilisindən ayrıldığını elan edib.

“Xəbərlərdə də əks olunan münasibətlərimiz qarşılıqlı anlaşılmazlıq səbəbindən bitib”, – deyə məşhur müğənni bildirib.

Müğənni Seçil Gür isə münasibətlərinin bitdiyini Sərdar Ortaçın paylaşımından öyrəndiyini deyib.

“Ayrıldığımızı “story”dən öyrəndim. Xəstəxanadan qayıtdıqdan sonra Sərdarın evinə getdim, qapıda danışdıq. Mənə ayrıldığımızı demədi. Hesab edirəm ki, xəstəlik səbəbindən əhvalı pisdir. Belə psixoloji vəziyyətdə o, hekayə bölümündə paylaşımlar edir. Xəstəliyi ruhi vəziyyətinə təsir edib”, – deyə o bildirib.

 924 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Yol polisinin sürücünü döyməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

“Sürücü avtomobili ön dövlət nömrə nişanı olmadan idarə etdiyi üçün Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb”. Doğrusöztv.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev DYP əməkdaşlarının sürücünü döydüyünə dair sosial şəbəkədə yayılan görüntülərdə səsləndirilən iddialara cavab […]