Şəhriyar Məmmədyarov: “FİDE Teymura dəvət göndərər və narazılıqlar aradan qalxar”

Oxunma vaxtı:1 Dəqiqə, 1 Saniyə

“İddiaçılar turniri yarımçıq dayandırıldı və sonra davam etdiriləcək. Çox təəssüflər olsun. Burda sevinməli heç bir şey yoxdur”.

Apasport.az saytının məlumatına görə, bu fikirlər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarova məxsusdur.

Tanınmış qrossmeyster İddiaçılar Turnirinin FİDE-nin qərarı ilə dayandırılmasına münasibət bildirib. Məmmədyarov sosial şəbəkədəki paylaşımında yarışın koronavirus pandemiyası səbəbindən davam etdirilə bilməməsinə təəssüfləndiyini bildirib: “Ümid edirəm ki, bu məsələnin bir həlli olacaq. Əlbəttə, bu gün 8 şahmatçının 7 turluq mübarizəsinin belə dayanması isə qəribədir. O qədər ev hazırlıqları, debütlər, məşqçilərə, komandaya sərf olunan vəsait və zaman heyf oldu. Şahmatçılar öz debüt sirlərini və hazırlıqlarını göstərdi. Hələ turnirlə bağlı 14 günlük karantini demirəm. Bu gün FİDE nümayəndələri turnirin qaldığı yerdən davam etdiriləcəyini açıqladı”. 

Məmmədyarov koronavirus pandemiyası üzündən yarışa qatılmaqdan imtina edən Teymur Rəcəbovun növbəti İddiaçılar Turnirinə dəvət olunacağına ümidvar olduğunu qeyd edib: “Ümid edirəm ki, FİDE 2 il sonra keçiriləcək İddiaçılar Turnirində Teymura dəvət göndərər və bu narazılıqlar aradan qalxar. Teymur bizim fəxrimiz və qürurumuzdur. Onun turnirdən kənar qalmasını heç vaxt heç bir şahmatçı istəməzdi. Təəssüf ki, belə oldu. Gərək vaxtında İddiaçılar Turnirinin digər 7 iştirakçısından ikisi Teymura dəstək olaydı. Onda hər şey tam fərqli olardı. Təəssüf ki, turnirdən öncə heç biri dəstək olmadı. Onu növbəti İddiaçılar Turnirinə birbaşa dəvət edəcəklərinə ümid edirəm”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Sərdar Ortaç eşqin bitdiyini dedi, sevgilisi bunu "Instagram"dan öyrəndi - FOTO

Türkiyənin məşhur müğənnisi Sərdar Ortaçın həmkarı Seçil Gürlə eşq macərası qısa davam edib. “HaberGlobal”ın məlumatına görə, Ortaç “Instagram” hesabında sevgilisindən ayrıldığını elan edib. “Xəbərlərdə də əks olunan münasibətlərimiz qarşılıqlı anlaşılmazlıq səbəbindən bitib”, – deyə məşhur müğənni bildirib. Müğənni Seçil Gür isə münasibətlərinin bitdiyini Sərdar Ortaçın paylaşımından öyrəndiyini deyib. “Ayrıldığımızı “story”dən […]