Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən mütəmadi olaraq həftənin bir günü İcra Hakimiyyətinin inzibati binasında, bir gün isə təsdiq edilmiş qrafikə uyğun olaraq rayonun kəndlərinin birində vətəndaşların qəbulu həyata keçirilir, onların təklif və müraciətləri dinlənilir. Lakin bu günlərdə dünyanın əksər ölkələrində qeydə alınmış Koronovirus epidemiyasının Azərbaycanda da yayılma təhlükəsi və insanların sağlamlığının qorunması məqsədilə digər kütləvi tədbirlərlə yanaşı açıq qəbullar da təxirə salınıb. Bununla əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların qəbulu yeni qaydada – video konfrans vasitəsilə həyata keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, qəbul zamanı 20 nəfərdən çox rayon sakininin müraciətlərini diqqətlə dinlənilib. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşların problemlərinin, təkliflərinin aidiyyətı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli edilməsi üçün müvafiq göstərişlər verib.
Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçilərinin iştirak etdiyi qəbulda rayon sakinləri belə çətin vaxtda vətəndaşların müraciətlərinin dinlənilməsinin yeni formatda elektron video qəbulun tətbiqinə görə Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.
Video konfrans zamanı şəhər rəhbəri sakinləri maarifləndirmək məqsədilə koronovirus epidemiyası, onun yayılmasının qarşısının alınması və ondan qorumaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrini sakinlərin nəzərinə çatdırıb və bu tövsiyələrə əməl edilməsinin insanların sağlamlığına olan xeyirli nəticələrini izah edib.
Belə çətin şəraitdə Prezidentin “daim vətəndaşın yanında olun” tapşırığına uyğun keçirilən video konfransda iştirak edən vətəndaşların məmnunluğu bir daha dövlət başçısının tapşırıq və göstərişlərinin Yevlax rayonunda uğurla həyata keçirildiyini əyani göstəricisidir.