AHİK sədri millət vəkili kimi aldığı 3 aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Oxunma vaxtı:1 Dəqiqə, 35 Saniyə

2020-ci il martın 23-də AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Ümumdünya Səhiyyə Təşkilatının qlobal pandemiya elan etdiyi (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərlə əlaqədar AHİK-in üzv və tabeliyində olan təşkilatların rəhbərləri ilə müşavirə keçirilib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, AHİK sədri koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər barədə müşavirə iştirakçılarına məlumat verib.

AHİK sədri bildirib ki, Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərliyi ilə İşçi Qrupu yaradılıb:

“Həmkarlar İttifaqlarının maraq dairəsində olan məşğulluğun sabit saxlanılması, işçilərin işdən çıxarılması və ixtisarı, bir sözlə, işçilərin sosial problemlərinin həlli ilə məşğul olan İşçi Qrupunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq biz də iştirak edirik. Bizim vəzifəmiz işəgötürənlər tərəfindən indiki şəraitdə işçilərin sayının əsassız azaldılmasının qarşısını almaqdır. Bununla əlaqədar olaraq İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və AHİK adından işəgötürənlərə xüsusi bildiriş ünvanlanıb.

Bu bildirişdə milli sahibkarlığın davamlı inkişafı istiqamətində fəal siyasət həyata keçirən dövlətimiz indiki şəraitdə hər bir sahibkarın yanında olmaqla öz dəstəyini təmin etdiyini bilidirib.

Bununla yanaşı, işəgötürənlərin diqqətinə çatdırılır ki, pandemiyanın biznes mühitinə mənfi təsirini azaltmaq üçün sahibkarlara dəstəyin göstərilməsi təmin olunmaqla yanaşı, eyni zamanda, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsasız yerə işdən çıxarılmasına, ixtisarına yol verən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək”

AHİK-də keçiriləcək profilaktik tədbirlərin əlaqələndirilməsi, mütəmadi məlumatların toplanması və maarifləndirici təşkili üzrə müşavirədə AHİK-in nəzdində İdarəetmə Qrupu yaradılıb.

Müşavirədə AHİK-in sədri Səttar Möhbalıyev millət vəkili kimi aldığı 3 aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası adı çəkilən Fonda 250 min manat vəsait köçürüb.

 1,424 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanda 6 yeni koronavirusa yoluxma qeydə alınıb, 1 nəfər vəfat edib - Operativ Qərargah

Azərbaycan Respublikasında 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanıb. Qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Həkimlərin səyinə baxmayaraq, xəstənin […]