Oxunma vaxtı:18 Saniyə
Futbol üzrə milli komandamızın hücumçusu Ramil Şeydayev yeni axın başladıb.
Koronavirusa görə özünü karantinə alan futbolçu evdə top əvəzinə çaydan çiləyib.
Maraqlı görüntülərini “#EvdəQalSağlamQal” həştaqı ilə feysbuk hesabından izləyiciləri ilə bölüşən Şeydayev kiçik müsabiqə də elan edib: “Bəs siz top əvəzinə nə çiləyə bilərsiniz? Ən yaradıcı videoya Bakıda istədiyi restoranda mənimlə 2 nəfərlik nahar yeməyi və oyun köynəyi məndən hədiyyə”.