Səhiyyə Nazirliyi əhaliyə — ÇAĞIRIŞ ETDİ

Oxunma vaxtı:46 Saniyə

Azərbaycan Səhiyyə Nazirinin müavini Rahim Əliyev vətəndaşlara çağırış edib.

Nazir müavininin sözlərinə görə, vətəndaşlar özünü qorumağa biganə yanaşmamalıdırlar. İnsan özünü mühafizə etməklə ətrafını, yaxınlarını qorumuş olacaq.

Doğrusöztv.Az bildirir ki, Oxu24.COM -UN ın məlumatına görə, o, bu barədə AzTV-nin “Hədəf” verilişində deyib.

“Bildiyiniz kimi, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə martın 19-da saat 00:00-dan etibarən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb. Bu qərarın vaxtında verilməsi özünü doğruldur. Çünki xəstəliyin yayılmasının qarşısını almaq üçün atılan əsas addımlardandır. 
Hazırda Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) digər qurumlarla birlikdə Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına uyğun tədbirlər görür.

Bundan sonra da hansı qərarlar qəbul edilərsə, onlara uyğun addımlar atılacaq.

Əsas odur ki, xəstəliyin yayılmasının qarşısının alınması üçün əlimizdən gələni edək”, – deyə nazir müavini qeyd edib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

ŞəbnəmTovuzlunun koronavirus qorxusu: "Evdən çölə çıxmayın!"

Müğənni Şəbnəm Tovuzlu instaqram səhifəsində koronavirusla bağlı maraqlı paylaşım edib. Sonxeber.az xəbər verir ki, müğənni xəstəliyə qarşı aparılan profilaktik işlərə dəstəyini belə ifadə edib: “Güclü olaq, bu xəstəliyi məğlub etmək lazımdır. Evdən çölə çıxmayın”.