Qusarda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub

Oxunma vaxtı:33 Saniyə

Qusar rayonu ərazisində qətl hadisəsi baş verib. 

Doğrusöztv.Az bildirir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə,  itkin düşən 33 yaşlı Sadirov Malik Sadir oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti Qusar-Şahdağ yolunun Xuray kəndi ərazisindən keçən hissəsində, Qusar çayı sahilindəki yamacda aşkar edilib.

 Aparılan ilkin əməliyyat axtarış tədbirləri nəticəsində M.Sadirovun martın 20-i, Qubanın Alpan kəndində intihar edən həmkəndlisi, Əniğ  kənd sakini, 1996-cı il təvəllüdlü Vəliyev Malik Məlik oğlu tərəfindən qətlə yetirildiyi ehtimal olunur.

 Qeyd edək ki, M.Sadirov martın 17-dən itkin düşmüş hesab olunurdu.

 Hazırda faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. 

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Qeydiyyat və notariat xidmətləri ilə bağlı əhaliyə müraciət

Əhalinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə ölkəmizdə COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən zəruri sosial izolyasiya tədbirləri müəyyən edilib, vətəndaşlara kütləvi yerlərdən və qapalı məkanlardan uzaq durmaq tövsiyə olunub, dövlət qurumlarına vətəndaş müraciətlərinin yalnız elektron və telefon […]